Türkiyəli müğənni Gülben Ergen İstanbulda Levent bölgəsində restoran açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı məkanın adını rol aldığı "Dadı" serialına uyğun olaraq "Dadının mutfağı" qoyub.
Gülben mətbəxdə vaxt keçirməyi çox sevdiyini deyib:"Evimdə hazırlayacağım yeməklərin ərzaqlarını da özüm alıram. Uşaqlarıma görə sağlam qidalar hazırlamağa çalışıram. Mətbəx sevgisi məni restoran açmağa vadar etdi. İndi açdığım restoranımız iş yerlərinə, evlərə yemək daşımaqla məşğul olacaq. İstifadə edilən bütün ərzaqlar orqanikdir. Bütün günü restoranda oluram, hazırlanan yeməklərin dadına baxıram. Qiymətlər isə hər kəsə uyğundur. İstifadə etdiyimiz ərzaqların keyfiyyətinə baxsanız, qiymətlərin münasib olduğunu başa düşəcəksiniz".


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB