“Survivor”in qalibi daha bir yenilik edəcək

“Survivor”in qalibi daha bir yenilik edəcək

2014 və 2015-ci ildə iki dəfə "Survivor Türkiye" yarışmasında qalib olan Turabi Çamkıran uşaqlarla bağlı layihə üzərində çalışır. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Surivor"dan sonra "Kertenkele" serialında rol almağa başlayan Turabi, bir filmdə baş rolu canlandıracağını da açıqlamışdı.

T.Çamkıran "TV 8" kanalına açıqlamasında bu yaxınlarda uşaqlarla bağlı yeni layihəyə start verəcəyini bildirsə də, detallarını sürpriz olaraq saxlayıb. O deyib ki, layihədən sonra uşaqlar üzərində "T" loqosu (Turabi adının baş hərfi – red) olan köynəklərlə gəzəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə