47 yaşlı dünya ulduzu sevgilisindən hamilədir

47 yaşlı dünya ulduzu sevgilisindən hamilədir

Uzun müddətdir rəqqas Kasper Smartla sevgili olan məşhur müğənni Cennifer Lopez üçüncə dəfə hamilədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənətçi ana olacağını hələki gizli saxlayır. İddialara əsasən Lopez hamiləliyinin ilk aylarını yaşayır. Sevgilisinin hamilə olduğunu öyrənən Kasper sevincindən yerə-göyə sığmır. Müğənninin hər dediyini edir.

Kasper dostlarına oğlu olmasını istədiyini desə də, Cennifer cinsiyyətin əhəmiyyətli olmadığını bildirib. O, övladının sağlam olmasını istəyir.

Sevgili olan cütlüyün uşaq dünyaya gəlməzdən əvvəl münasibətlərini rəsmiləşdirəcəyi deyilib.

Qeyd edək ki, Lopezin Mark Entonidən olan evliliyindən əkiz övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə