Özcan Deniz 20 yaşlı sevgilisindən ayrıldı

Özcan Deniz 20 yaşlı sevgilisindən ayrıldı

Müğənni, aktyor, rejissor Özcan Deniz özündən 21 yaş kiçik sevgilisi Buse Narcıdan ayrılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cütülüyün ayrılmasına səbəb mübahisə etmələri olub. Ö.Dəniz bu haqda sosial şəbəkədə yazıb: "Olmayacaq insanlarla omayacaq xəyallar qurduğum üçün ən çox özümdən üzr istəyirəm. Bəzi insanlar şəxsiyyətlərində çatışmayan cəhətlərlə üzləşməkdənsə, başqalarının məsumluğuna dil uzatmağı seçərlər və hər zaman həyatlarında uduzan olarlar".

Qeyd edək ki, martda cütlüyün ayrılıq xəbərləri yayılmışdı. B.Narcı boynuna həkk etdirdiyi Özcan Dəniz adını sildirmişdi. Lakin, daha sonra onlar barışaraq Yunan adalarını səyahət etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə