“Miss & Mister Turkvision Azerbaijan - 2016”-nın qalibləri bəlli oldu
"Miss & Mister Turkvision Azerbaijan - 2016"-nın final mərhələsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, münsiflər heyətində rəqqasə Oksana Rəsulova, özəl şirkətlərdən birinin vitse-prezidenti Ersan Yavuz, müğənni İlhamə Qasımova, aparıcı Şəhriyar Əbilov, təşkilatçı Aqil Məmiyev, rejissor Kənan M.M., modelyer-dizayner Gülnarə Xəlilova, "Miss Exclusive Azerbaijan - 2016"nın qalibi Zəhra Qaraxanova, müğənni Roza Zərgərli, model Süleyman Tənahirli, reper Elşad Xose, "Best Model of Azerbaijan - 2004"ün qalibi İlqar Əliyev yer alıb. Müsabiqənin aparıcıları Seyran Babayev və Təranə, layihə rəhbəri Orxan və Süleyman Tənahirli qardaşları olub.15 oğlan və 15 qız iştirakçının mübarizə apardığı yarışmada "Mister Turkvision Azerbaijan - 2016" adına Yusif Cəfərli, "Miss Turkvision Azerbaijan - 2016" adına isə Şövkət Əsədullayeva layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə