Uzun müddətdir Bodrumda eyni evdə aktyor Cem Yılmaz, keçmiş həyat yoldaşı Ahu Yağtu və oğlu Kemalla birlikdə istirahət edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2012-ci ildə evlənən cütlüyün 20 ay sonra surpriz şəkildə boşanan Cemin və Ahunun övladları üçün barışdıqları iddia olunub. Deyilənlərə görə eyni evdə birgə vaxt keçirən ikilinin yenidən sevgiləri alovlanıb.
Bu durumdan xoşbəxt olan Kemal valideynlərindən qardaş istəyir.
Əvvəlki günlərinə geri dönən cütlüyün barışması dostları tərəfindən yaxşı qarşılanıb. Onlar da bu duruma seviniblər.
Cem Yılmazın və Ahu Yağtunun ikinci dəfə nikah masasına oturub-oturmamağı hələki sual altındadır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB