Məşhurlar açılışda FOTOLAR

Bilgəh qəsəbəsində yerləşən ticarət mərkəzlərinin birində müasir premium kinoteatr "CinemaPlus"un təntənəli açılışı keçirilib. "CinemaPlus" kinoteatrlar şəbəkəsindən SİA-ya bildirilib ki, şou biznes ulduzları, jurnalistlər, bloqqerlər, sahibkarlar və iri şirkətlərin rəhbərləri açıq səma altında keçirilmiş möhtəşəm açılış mərasiminin qonağı olublar.

Tədbirdə iştirak edən "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və ticarət mərkəzinin baş meneceri Rəcəb Babayev qonaqları salamlayıb və kinoteatrın açılışı münasibətilə hər kəsi təbrik ediblər.

"CinemaPlus" da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolarla təchiz olunub. Bundan başqa "CinemaPlus" kinoteatrında Master İmage 3D texnologiyası tətbiq edilir.

.

Bütün xəbərlər Facebook səhifəmizdə