Bakı Ali Neft Məktəbi (BANM) və BritishCouncil ikitərəfli əlaqələrini genişləndirmək barədə razılığa gəliblər. Ali məktəbdən SİA-ya verilən məlumata görə, bu barədə BANM-ın rektoru Elmar Qasımovla BritishCouncil-in ölkə üzrə direktoru ElizabetVayt arasında Ali Məktəbdə keçirilmiş görüş zamanı müzakirələr aparılıb. Elmar Qasımov BritishCouncil ilə əməkdaşlığın ən yüksək səviyyədə davam etdiyini qeyd edərək hər il BritishCouncil tərəfindən təşkil olunan IELTS imtahanlarında Ali Məktəbin tələbələrinin uğurlu nəticələr göstərdiyini, bu ilki nəticələrin daha yüksək olduğunu, xüsusilə BANM-ın Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbəsi Fidan Quliyevanın tələbələr arasında ən yüksək nəticə göstərərək 8.5 bal toplamasını qonağın diqqətinə çatdırdı.
Elizabet Vayt BANM-la mövcud əlaqələrdən olduqca məmnun olduğunu bildirirək Birləşmiş Krallığın müvafiq qurumları ilə əməkdaşlıq edən ali təhsil müəssisələri sırasında BANM-ın xüsusi yer tutduğunu vurğuladı. O, BANM ilə Heriot-Vatt Universiteti arasında əlaqələrin BritishCouncil tərəfindən daim diqqət və maraqla izləndiyini, Böyük Britaniyanın müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafında hərtərəfli dəstəyin göstərilməsinə hazır olduqlarını bildirdi.
Görüşdə BritishCouncil-in dəstəyi ilə BANM-də Birləşmiş Krallığın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin keçirilməsi barədə də razılıq əldə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB