Özcan Deniz ilk dəfə bunu edəcək

Bir neçə filmlərə rejissorluq edən müğənni Özcan Dənizə serialdan təklif gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, seriallarda rol alan Ö.Dənizə bu dəfə aktyorluqla yanaşı, serial idarə etmək tapşırılıb. Üstəlik, o, serialın ssenarisini də özü yazacaq. Beləliklə, Özcan Dəniz rejissorluq karyerasında ilk dəfə serial çəkəcək. Ö.Dəniz "Ya Sonra", "Evim Sensin, "Su ve Ateş", "Sevimli Tehlikeli" və "Her Şey Aşktan" filmlərini çəkən Şükrü Avşarla birlikdə çalışacaq.

Qeyd edək ki, Ö.Dənizin Nurgül Yeşilçayla birlikdə rol aldığı son filmi "İkinci şans" noyabrda nümayiş ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə