İş adamı Öncü Sönmezlə dəfələrlə jurnalistlərin fotokamerasının hədəfinə düşən Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva onunla sevgili olmaları xəbərlərinə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model iş adamı ilə dost olduqlarını bildirib: "Bütün bu söz-söhbətlər yalandır. Həyatımdakı yeganə sevgim oğlum Cahangirdir. Öncü Sönmezə gəldikdə isə o, dostumun dostudur. Onunla restoranda, dostumla görüşməyə gələndə tanış olduq. Həmin gündən sonra görüşməmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB