Xərçəng xəstəsi olan aparıcımızın Leyla Əliyevaya ürək sözləri

Xərçəng xəstəsi olan aparıcımızın Leyla Əliyevaya ürək sözləri

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə yeni fotosunu sosial şəbəkədə paylaşıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı L.Əliyevaya ona etdikləri üçün təşəkkürünü bildirib:"Bu gün ölkəmdə olmasam da, onunla fəxr edən sadə bir vətəndaş kimi ürək sözlərimi bölüşmək istədim. Çətin vaxtımda mənə etdikləri yaxşılığa görə tanıdığım və tanımadığım hər kəsə bir daha təşəkkür etmək istəyirəm. Həmçinin tarixi, mədəniyyəti və siyasəti ilə fəxr edəcəyimiz ölkəmizin Leyla Əliyeva kimi bir diqqətli gəncinə də minnətdaram. O gənc çiyninə ağır yük götürərək, elə işlər görürür ki, bunun şahidi olduğuma görə sevinirəm. Şəxsən mənə etdiyi yaxşılığa görə "sağ ol" demək azdır. Ölkə üçün atdığı addımları üçün ona "sağ ol" deyirəm. Bilirəm ki, siz ölkəmizi necə sevirsiniz. Sağ olun ki, yaşamağa və yaşatmağa güc verməkdə heç zaman tənbəllik etmirsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə