Türkiyəli müğənni Sıla Çeşmedə sevənləri üçün konsert verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı konsertdə 3 saat oxuyub. O, gecədə qara və qırmızı rəngli iki fərqli paltar geyinib.
Sənətçi konsert zamanı az yaşlı fanatlarının sözünü də yerə salmayıb. Belə ki, o, balaca sevənləri ilə birlikdə həm mahnı oxuyub, həm də bol-bol şəkil çəkdirib.
Qeyd edək ki, Sıla vəd etdiyi kimi konsertdə sevənlərinə əyləncəli gecə yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə