Beyrut Beynəlxalq Mükafatlandırma Mərasimində (BIAF) "ən yaxşı qadın aktrisa" mükafatını Meryem Uzerli alıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı aktrisa mükafatı almaq üçün mərasimə sevgilisi Alp Özcanla birlikdə gedib.
Mükafatı alarkən səhnədə çıxış edən M.Uzerli böyük qürur hissi keçirdiyini deyib:"Hisslərimi ifadə edə bilmək üçün sözlər axtarıram. Bir aktrisa olaraq fərqli obrazlar yaratmaq üçün çalışdım. Əgər bunun qarşılığı bu mükafatdırsa, o zaman dünyanın ən xoşbəxt insanıyam".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB