Müğənni İbrahim Tatlıses yenidən ailə qurmağı planlaşdırır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, imperator 2011-ci ildə silahlı hücuma məruz qaldığı zaman yanında olan və yaralanan assistenti Damla Buket Çakıcıya evlilik təklif edib.
Bir müddət əvvəl yenidən İ.Tatlıseslə işləməyə başlayan Damla eyni zamanda həyat yoldaşından yeni boşanıb. Tatlıses bir qız anası olan D.Buket haqda "Damla gəldi, həyatım dəyişdi. Özümə gəldim. Ən qısa zamanda nikah kəsiləcək" deyib.
Qeyd edək ki, İ.Tatlıses indiyə qədər iki dəfə rəsmi evlilik həyatı yaşayıb. O, Adalet Durak, Ayşegül Yıldızla rəsmi nikahda olub, Derya Tuna və Perihan Savaşla vətəndaş nikahında yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB