Elza Seyidcahan “Retro Bakı” layihəsində

Elza Seyidcahan “Retro Bakı” layihəsində

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 30-31 iyul saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, bu həftə "Retro Bakı"nın qonaqları əməkdar artist Elza Seyidcahan, tanınmış muğənnilər İlqar Sahil, Leyla Ramazanlı, Səbinə İsmayılova, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova və "Azad" rəqs qrupu olacaqlar.

Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə