"Dünya Sülh Gözəli"ndə Azərbaycanı bu qız təmsil edəcək FOTOLAR

"Dünya Sülh Gözəli"ndə Azərbaycanı bu qız təmsil edəcək FOTOLAR

"Dünya Sülh Gözəli" beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək model bəlli olub. Tanınmış təşkilatçı "World Beauty Congress"in Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyevin SİA-ya verdiyi məlumata görə, "Miss World Peace 2016" müsabiqəsi sentyabr ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutacaq.

Sözügedən yarışma modellər arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrindən biridir. "Miss World Peace 2016"da ölkəmizi Həmidə Məhəmmədvand təmsil edəcək. Bu o deməkdir ki, artıq "Miss World Peace Azerbaijan 2016" titulu ona aiddir.

Həmidə Məhəmmədvand Aqil Məmiyevin təşkilatçısı olduğu "Miss & Mister Caucasus" müsabiqəsinin finalçısıdır. 20 yaşlı modelimizin boyu 172 sm-dir.

Təmsilçimiz hazırda müsabiqəyə hazırlaşır. O, tanınmış model treyninqlərindən olan Yuliana Huseynovadan dərslər alır.

Həmidə Məhəmmədvand müsabiqə üçün özəl olaraq fotoqraf Ratmir Şərifovun obyektivi qarşısına keçib.

Azərbaycanı "Miss World Peace 2016"da təmsil edəcək Həmidə Məhəmmədvandın fotosessiyasını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə