Yıldız Tilbenin səsi insanları narahat etdi?

Yıldız Tilbenin səsi insanları narahat etdi?

Pop ulduzu Hadisənin sahibi olduğu Bodrumdakı məkanda daha bir maraqlı hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iddia olunur ki, müğənni Yıldız Tilbe səhnəyə çıxan zaman problem yaşanıb. Belə ki, səs-küydən narahat olan insanlar polisə müraciət edib və Yıldız Tilbenin oxumasına imkan verməyiblər. Sənətçi məcburən səhnədən endirilib.

Məsələ ilə bağlı olaraq məkanın inzibatçısı Candan Topdemir aydınlıq gətirib: "Həmin gecə məkana polis gəlməyib, zəng olunub. Bu məsələnin Yıldız xanımla heç bir əlaqəsi yoxdur. Terrorçuların ucbatından konsertlərimiz tez bitir. Polislər buna görə bütün məkanlara xəbərdarlıq edib. Həmçinin bizə də icazə vermir ki, gecə yarısına kimi məkanımız işləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə