Xərçəng xəstəliyinə tutulan müğənni Fatih Erkoç xanımı ilə birgə paparisilərin hədəfinə düşüblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müalicəsini Bodrumda davam etdirən ifaçı jurnalistlərə "Bodrumda həkimlərimiz savadlıdır. Müalicəmi İstanbulda almaq istəmədim. Xərçəng xəstəliyinin əsasən dərmanı yaxınların tərəfindən dəstək görməkdir. İnşAllah yaxşı olacam" deyib.
Sənətçinin həyat yoldaşı Mehlika Erkoç media mənsublarına Fatih Erkoçu bir an belə yalnız qoymadığını bildirib: "Qidalanmağına və günəşdən qorunmasına xüsusi diqqət edirəm. Çalışıram ki, işlərindən ayrı qalmasın. Fatihin yanındayam və hər zaman ona dəstək olacam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB