Heydər Əliyev Sarayında "Baku Sinfonietta" orkestrinin iştirakı ilə "Broadway Night Show" konserti keçiriləcək. Saraydan SİA-ya verilən məlumata görə, konsertdə tamaşaçılara sevilən "Walt Disney" musiqiləri təqdim olunacaq. Konsertdə, həmçinin "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov və "Səs Azərbaycan" müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova da çıxış edəcək.
Qeyd edək ki, sentyabrın 24-də olacaq konsert saat 19:00-da başlayacaq. Gecəyə biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB