Xəbər verdiyimiz kimi müğənni Rafet El Roman özündən 20 yaş kiçik model-aktrisa Ceren Kaplakarslanla boşanır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ifaçı sosial mediada həyat yoldaşı ilə çəkilən fotoları silib, Cerenin bütün əşyalarını karqo ilə İstanbula göndərib. C.Kaplakarslan isə buna qarşılıq olaraq 500 min lirə təzminat istəyib. Rafet "500 min ver, boşanaq" mesajını eşidincə məbləğdən şoka düşüb.
Qeyd edək ki. 2014-cü ildə ailə quran cütlüyün ayrılmalarına səbəb Cerenin ana olmaq istəyi olub. 3 övladı olan Rafet isə bunu qəbul etməyib.
Bundan başqa C.Kaplakarslanın adı aparıcı Mehmet ALi Erbille hallanıb. Ceren iddianı təkzib etsə də, Rafet "boşanırıq" deyib. Müğənni yaxınlarına "Ceren qızlarımla da dəfələrlə dalaşdı. Ata-anamla yola getmədi. Bu dedi-qodu səbrimi daşırdı Dönüş yoxdur" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB