Samiraldo: "Adımdan istifadə edənlərlə məhkəmədə görüşəcəyik" AÇIQLAMA
Stlist Samiraldo bu yaxınlarda ölkəni tərk edəcəyini deyib. SİA-ya açıqlama verən stlist Türkiyəyə səfər edəcəyini bildirib: "Azərbaycanın gözəl rayonlarında istirahət etdim. Yenidən dincəlməyi planlaşdırıram. Belə ki, İstanbula üz tutacam".
Samiraldo onun adından istifadə edən insanlardan da söz açıb: "Mənim adımdan istifadə edərək sosial şəbəkələrdə intim səhifələr açırlar. Videolar paylaşırlar. Həmin insanlar bilsinlər ki, qanun qarşısında cavab verəcəklər. Məni sevənlərlə səmimiyəmsə, bu o demək deyil ki, şəxsiyyətimə xələl gətirməlisiniz. Mənim adımdan istifadə edənlər, sizinlə məhkəmədə görüşəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB