Avatar Atakan və Ezgi Avcı münasibətləri haqda ilk dəfə danışdı FOTO

Avatar Atakan və Ezgi Avcı münasibətləri haqda ilk dəfə danışdı FOTO

Keçən həftə "Survivor" yarışmasının iştirakçıları Atakan ilə Ezgi Avcının qucaqlaşan an jurnalistlər tərəfindən lentə alınan fotoları səs-küyə səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onların sevgili olduğu iddia olunub. Haqlarında gəzən xəbərə Ezgi Avcı və Avatar Atakan sosial mediyada münasibət bildirib.

Ezgi Avcı: "Kiminlə görüşüb, danışacağımı əvvəlcədən xəbər verməliyəm ki, yalnış başa düşülməsin? Mən dostumu istədiyim vaxt görə bilərəm. Həmin dostumun kim olduğunun fərqi yoxdur. İnternet saytlarında barəmizdə yazılan xəbərin hər cümləsi məni əsəbləşdirir. Bu məsələnin mediada işıqlanmasını istəmirəm".

Avatar Atakan: "Münasibətlərimiz haqda Ezgi aydınlıq gətirib. Bir çox insanlara dost olaraq sarılmışam. Mənim sadiq yarım qara torpaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə