Sənətçi oktyabrda boşanır

Müğənni Rafet El Roman 27 yaşlı həyat yoldaşı Ceren Kaplakarslandan boşanacağı haqda məlumatlar yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 48 yaşlı ifaçı barəsində gəzən dedi-qodulara son qoyub: "18 mart 2016-cı il tarixində boşanmaq üçün Almaniyada Frankfurt Ailə Məhkəməsinə müraciət etmişik. Məhkəmə oktyabrda keçiriləcək. Ceren Kaplakarslanın şəxsi həyatı məni maraqlandırmır. Ona hər şeyin ən gözəlini diləyirəm".

Qeyd edək ki, cütlük 2014-cü ildə Almaniyada ailə qurmuşdu. Bu Rafetin uğursuz alınan 2-ci evliliyidir. Belə ki, 1996-cı ildə model Tuğba Altıntopla evlənən Rafet 2003-cü ildə boşanmışdı. Müğənninin bu evlilikdən 13 və 16 yaşında iki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə