Murad: "İşğal günləri səhnəyə çıxan sənətçiləri qınamayın!"

Murad: "İşğal günləri səhnəyə çıxan sənətçiləri qınamayın!"

Müğənni-bəstəkar Murad Arif işğal günləri səhnəyə çıxan sənətçiləri qınayanlara münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin kəslərə sərt cavab verib: "Çoxdan bəri populist və cahil adamların dilində əzbər olan bir məsələyə münasibət bildirmək istərdim. Siz satıcıya, sürücüyə, mühəndisə, həkimə, məmura və ya fəhləyə deyə bilməzsiniz ki, "İşğal günü niyə işə çıxmısan, niyə işləyirsən?". Deyə bilməzsiniz. Artistə, aparıcıya, sənətçiyə də deməyin. Bizim işimiz kənardan əyləncə kimi görünsə də, sizin işinizdən əskik iş deyil. Sizdən də az yorulmuruq. Bizim xərclərimiz, məsrəflərimiz sizinkindən az olmur. Biz də ailəmizin sabahı üçün ən az sizin qədər narahatıq. Ona görə də, məntiqli və anlayışlı olun".

Bütün xəbərlər Facebook səhifəmizdə