Bülent Ersoy gecəyarısı yaxalandı FOTO

Bülent Ersoy gecəyarısı yaxalandı FOTO

Türkiyəli müğənni Bülent Ersoy Nişantaşındakı geyim mağazasının birinin önündə jurnalistlərin fotokameralarının obyektinə tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi Parisdən gətirtdiyi 10 min dəyəri olan paltar görmək üçün gecəyarısı mağazanı açdırıb. O, media mənsublarına "Mağazaya basqın etdim. Parisdən gələn paltarları geyinib, baxacam. Görək, libaslar mənə olacaq? Bəlkə içəridən zəifləyərək çıxaram" deyərək gülüb. İfaçı geyim mağazasından çıxmasını gözləyən jurnalistlərə "Məni gözləməyin. Sabaha qədər burdayam" söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə