Aktrisa Ezgi Asaroğlu ilə 10 aydır sevgili olub, ayrılan aktyor-müğənni Keremcem sevgilisi ilə olan fotolarını sosial şəbəkədə səhifəsindən silməməsi hər kəsin diqqətini cəlb edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə. "O Hayat Benim" serialında "Ateş" xarakterini canlandıran Keremcem 2015-ci ildə serialda "Bahar" obrazını oynayan Ezgi Asaroğlu ilə eşq yaşamağa başlamışdı. Asaroğlu, bir həftə öncə həm aktyordan, həm də serialdan ayrılaraq hər kəsi təəccübləndirdi. Keremcem Ezgi Asaroğlunu hələ də unutmayıb. Belə ki, o, sevgilisi olan şəkilləri sosial şəbəkədə səhifəsindən silməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB