"Kiralık Aşk" serialında "Sude" obrazını canlandıran aktrisa Melisa Şenolsun aktyor sevgilisi Mehmet Ozan Dolunayla tətilə yollanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük İspaniyaya səfər edib. Onlar istirahət zamanı lentə aldıqları fotoları sosial mediada paylaşıblar. Cütlük tezliklə İstanbula dönərək, burada da dincəlməyi planlaşdırırlar.
Qeyd edək ki, aktyor Mehmet Ozan Dolunay hazırda "Yüksek Sosyete" serialında rol alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB