Emin yenidən evlənir? FOTOLAR

Müğənni Emin Ağalarov sevgilisi Alyona Qavrilova ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı qızılgüllə sosial şəbəkədə fotosunu paylaşaraq "Missiya başında" yazıb. Bu paylaşımdan bir neçə saat sonra isə sevgilisi ilə birlikdə çəkdirdiyi çox səmimi şəkili paylaşaraq "Missiya başa çatdı" (Missiya complete) yazıb.

Sevgilisi ilə yeni fotosunu paylaşan Ağalarov fanatları tərəfindən qısqanclıqla qarşılanıb. İrad və tənqidlərlə üz-üzə qalan ifaçı eyni zamanda çoxsaylı təbrik alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə