Kiprin baş naziri Gülnarə Xəlilovaya hədiyyə verdi FOTOLAR

Kiprin baş naziri Gülnarə Xəlilovaya hədiyyə verdi FOTOLAR

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova hazırladığı Azərbaycan milli kişi geyimini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Hüseyin Özgürgünə hədiyyə edib.

SİA-nın verdiyi xəbərə görə, parlament spikeri Sibel Sibere ve xarici işlər naziri Tahsin Ertugrula isə G.Xəlilovanın milli geyimlər kataloqu bağışlanılıb.

"Sülh və azadlıq" hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC Parlament sədrinin dəvəti ilə Şimali Kiprdə olan millət vəkili Qənirə Paşayeva Hüseyin Özgürgün və Sibel Siber ilə görüşüb.

Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan iş adamlarının, turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə