Azərbaycanlı aşıqlar beynəlxalq festivalda FOTOLAR

Azərbaycanlı aşıqlar beynəlxalq festivalda FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Aşıqlar" xalq kollektivi Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında çıxış edir. SİA-nın verdiyi xəbərə görə, xalq kollektivində Şirvan aşıqlarından Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu təmsil olunur. Onları Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət ediblər. Qrupa AAB-nin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova rəhbərlik edir.

Qeyd edək ki, aşıqlarımız iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 50-ci Beynəlxalq Folklor Festivalında iştirakını davam etdirəcək. "Aşıqlar" xalq kollektivi ayrı-ayrı proqramlarla 3 konsert təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə