Aygün Kazımova jurnalistləri təbrik etdi

Aygün Kazımova jurnalistləri təbrik etdi

Xalq artisti Aygün Kazımova media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, müğənninin təbrik məktubunda bildirilir: "Hər birinizi Azərbaycan Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Peşə bayramınızda hər birinizə işlərinizdə uğurlar arzu edirəm. Çalışdığınız sahə həm məsuliyyətli, həm də çox qiymətlidir. Bütün yaradıcılığım boyu demək olar ki, hər zaman yanımda olmusunuz, birgə addımlamışıq. Buna görə sizə təşəkkür edirəm. Keçilən çətin, məsuliyyətli, keşməkeşli 141 il mətbuatımızın daim inkişafına yönəlib. Qələminiz hər zaman iti, sözünüz hər zaman kəsərli, imzanız isə hər zaman tanınan olsun. Bayramınız mübarək!".

Bütün xəbərlər Facebook səhifəmizdə