Müğənni Ajda Pekkan dərgilərin birinə müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həmin müsahibənin qısadılmış formasını təqdim edirik:
- Neçə dəfə aşiq oldunuz?
- Aşiq olduğum insanları saymıram. Çünki pişiyimə də, yaşadığım hər şeyə aşiq ola bilərəm. Hazırda baxçama, sevdiyim insanların etdiyi gözəl hərəkətlərə aşiqəm.
- Türk kişisi diqqətlidirmi?
- Xeyir. Çünki uşaq kimidirlər.
- Evli, uşaqlı biri olsaydınız, necə olardı?
- Mən evli qadın obrazını yarada bilmərəm. Amma evə bağlıyam. Həyatımda hər zaman xoşbəxt olmaq üçün darıxdım. İstədim, bunun üçün çox fədakarlıq etdim.
- Tarkan evləndi. Ondan sonra hamı başladı evlənməyə. Bəs siz?
- Sabah, bir gün mənim nə edəcəyim bəlli olmaz, hər an ərə gedə bilərəm.
- Xoşbəxtsiniz?
- Xoşbəxtəm. Kiminsə məni xoşbəxt etməsi vacib deyil, öz-özümə xoşbəxtliyi öyrəndim.
- Uşaq övladlığa götürmək barədə düşünmüsünüz?
-Düşünməmişəm. Uşaqları çox sevirəm. Amma özümü belə bir hissdən məhrum etmişkən başqa bir uşağı övladlığa götürmək fikri qəribədir. Şərtlər uyğun olsaydı, özüm elə uşaq doğardım.
- Bədən quruluşunuz çox gözəldir. İdman edirsiniz?
- Nə qədər idman edirəmsə, edim. Həyatın insandan aldıqları var. Ona görə özümə yaxşı baxmağa çalışıram. Çox ağır idman edirəm. Qadınlar kimi yox, kişi gimnastikası ilə məşğulam.

(1).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB