Heydər Əliyev Sarayında bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı keçiriləcək. SİA-nın məlumatına görə, "Mənim Dünyam" adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, müğənnilər Nazim (faytonçu), Arzu Rzayev, Tacir Şahmalıoğlu, Mirkamil Kamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak edəcəklər.
Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə "Şuşanın səsi" instrumental ansamblı müşaiət edəcək.
Qeyd edək ki, konsert sentyabrın 29-da, saat 19:00-da başlayacaq. Gecəyə biletləri şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-50 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB