Hüseyn “Dağıstanın əməkdar artisti” oldu FOTO

Hüseyn “Dağıstanın əməkdar artisti” oldu FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğluna "Dağıstanın əməkdar artisti" adına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, ifaçı medalının və vəsiqəsinin fotosunu sosial şəbəkədə paylaşaraq təəssüratlarını bölüşüb:"Bu etimada görə Dağıstan prezidenti cənab Ramazan Abdulatipova, eləcə də bu dövlətin mədəniyyət naziri Zarema Butayevaya böyük təşəkkürümü bildirirəm. Bu uğurumu mərhum klarnet ifaçısı, atam Məşədi Məhəmmədin ruhuna ithaf edirəm. Sevincimə şərik olan hər kəsə minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə