Burak Özçivitlə Fahriye Evcen evlənir

Burak Özçivitlə Fahriye Evcen evlənir

Məşhur cütlük Burak Özçivit və Fahriye Evcenin toy tarixi bəlli oldub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xarici ölkəyə getdikləri səfər zamanı Burak Fahriyəyə evlilik təklifi edib və "hə" cavabı alıb. Razılıq aldıqdan sonra Özçivit sevgilisinin ailəsinin evinə gedərək, onların əlini öpüb. Cütlüyün Romada gizli evləndiyi iddia edilmişdi. Amma daha sonra bu xəbərin yalan olduğu ortaya çıxdı. Evlənmək üçün tələsməyən Burak və Fahriye 2017-ci ildə nikah masasına oturacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə