Aktyor 6 ildən sonra geri döndü

Türkiyəli aktyor Arda Kural 6 ildən sonra işlərinin başına dönüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, verilişlərin birində qonaq olan aktyor sualları cavablandırıb: "Qorxulu film çəkirik. Ekran işini bir kənd də çəkdik. Ruhla bağlı filmdir.Bundan sonra bacardığım qədər az filmə çəkiləcəm. Məqsədim ssenari yazmaq və rejissorluq etməkdir".

Bir müddət əvvəl səhhətində problemlər olan Kural indi yaxşı olduğunu bildirib:"Tükənmişdim. Hazırda səhhətim yaxşıdır. Həkimimin müalicəsi də sona çatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə