Müğənni: "Ölkə başçısına müraciət edirəm, məni qorusun" FOTOLAR
Evi güllənən müğənni Harika Avcı polis idarəsindən çıxarkən görüntülənib. SİA-nın Türkiyə KİV-inə istinadən xəbərinə görə, ifaçı polis bölməsinə gəlməsinə səbəb ifadə verdiyini bildirib.
Başı tənziflə sarıqlı olan Avcının halsız və yorğun halı diqqətdən qaçmayıb. İfaçı başına gələn hadisələrlə bağlı jurnalistlərə açıqlama verib:"Evimin pəncərələrini sındıraraq içəri girdilər. Şüşə qırıqları sinəmə və başıma töküldü. Eyni zamanda ayaqlarımda da yaralar var. Ən son çalışdığım yerdə bir işçinin məni gözügötürməməzliyi ucbatından bu hadisə baş verdi".
Avcı bu hadisəni keçmiş sevgilisinin edib-etməməsi ilə bağlı fikirlərə də aydınlıq gətirib:"Sevgilim yoxdur. Kağız üzərində olan İbrahim bəy indi həbsxanadadır. Dediyiniz adam Yasin Kavaksa, mənim o adamla əlaqəm yoxdur. Atəş açan həmin adam yenidən gələ bilər. Həyatım təhlükədədir. Buradan ölkə başçısına müraciət edirəm, məni qorusun".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB