Nicat Rəhimov yeni filmdə baş rola çəkilib

Nicat Rəhimov yeni filmdə baş rola çəkilib

Aktyor Nicat Rəhimovdan yeni xəbər var. SİA-ya açıqlama verən aktyor filmə çəkidiyini deyib: "Yeni filmdə rol almışam. "Oğlan evi 2" ekran işində baş rolu canlandırıram. Filmi rejissor İlham Qasımov lentə alıb. Çəkilişlər Bakıda, Şamaxıda, İsmayıllıda, Astrada çəkilib. Ekran işi komediya janrındadır. Olduqca maraqlı film ərsəyə gəlib. "Oğlan evi 2"ni izləyənlər güləcəklər. Film yeni mövsümdən ekranlarda olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə