Həbsdə olan müğənni milyonlar qazanır

Həbsdə olan müğənni milyonlar qazanır

Hazırda həbsxanada olan müğənni Deniz Seki barmaqlılar arasında da yaradıcılığını davam etdirir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2017-ci il iyunun 5-də azadlığa qovuşacaq D.Seki həbsxanada olduğu dövrdə 1,6 milyon lirə (təxminən 850 min manat) qazanıb.

Müğənni azadlığa çıxan kimi 20 konsert verəcəyini planlaşdırıb. Artıq 1,6 milyon lirə həbsdə olan müğənninin hesabına yatırılıb.

D.Seki eyni zamanda həbsda olduğu zaman yazdığı "Denizin dibi" adlı kitabı ilə də uğur qazanıb. Kitab 5 dəfə nəşr olunub, 55 mindən çox nüsxə satılıb. Bu arada ikinci kitabını yazan müğənni onu noyabrda oxucularına çatdıracaq.

C.Semercioğlu sənətçinin 10 mahnılıq albomunun da hazır olduğunu vurğulayıb. O, bütün bunları həm də Denizin meneceri Özgür Arasın peşəkarlığı ilə əlaqələndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə