Rəqsanə 19 kiloqram arıqladı

Müğənni Rəqsanə İsmayılova görnüşündə dəyişiklik edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı arıqlayıb 48 kiloqram olub: "Məncə 48 kiloqram bəs edər. Belə getsə, yoxa çıxacam. Artıq neçə aydır çox şeyə "stop" demişəm. Heç onları istəmirəm də".

Qeyd edək ki, R.İsmayılova bir müddət öncə 67 kiloqram olduğu üçün pəhriz saxlamağa qərar vermişdi. O, xəmir xörəklərindən, şirniyyatdan və çörəkdən imtina edərək bütün günü duzsuz xiyar, pomidor və alça yeyir, su içir.

Bütün xəbərlər Facebook səhifəmizdə