"O hayat benim" serialının sevgililəri Keremcem və Ezgi Asaroğlu ayrılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl də ayrılan, amma sonra barışan cütlük bu dəfə problemlərinin öhdəsindən gələ bilməyib. Sevgilisi ilə münasibətlərini bitirən Ezgi serialdan ayrılmaq qərarını da verib. O, filmin prodüserliyi edən "Pastel Film"ə yorulduğunu deyərək növbəti mövsüm serialda yer almamaq üçün icazə istəyib.
Rejissor Hüseyin Samsun bunu təsdiqləsə də, hələ dəqiq qərarın verilmədiyini açıqlayıb. O, aktrisa ilə bu həftə müzakirələr aparacağını deyib. Şayiələrə görə isə Ezginin ayrılmasınının ardından Keremcem də layihədən gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB