Günel: "Oramı-buramı açaraq tanınmamışam" MÜSAHİBƏ-FOTOLAR

Günel: "Oramı-buramı açaraq tanınmamışam" MÜSAHİBƏ-FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova türk mətbuatına müsahibə verib. SİA-ya həmin müsahibəni ixtisarla təqdim edir:

- Sənətlə yanaşı hansı işlərlə məşğul olursunuz?

- Əlimin duzu var. Mətbəxi çox sevirəm, orada çox vaxt keçirərəm. Salatlar, makaronlar və toyuq yeməkləri bişirirəm. Yeyən hələ zəhərlənməyib (gülür).

- Sizi alan xoşbəxtdir?

- Vallah bilmirəm. Məni alan yaşadı, indi də yaşayır.

- Alan biri var yəni...

- İnşallah, hər şey qismətdir. Nəzərə çox inanıram, mənə tez göz dəyir. Sevənlərim belə xəbərimi eşidəndə xoşbəxt olur, amma indi elə bir şey yoxdur.

- Brilliant biznesinə qoşulduğunuz doğrudur?

- Azarbaycanda zinət əşyalarını çox sevirlər. Mən də xoşlayırdım. İnsanlar taxdığım aksessuarlar üçün "Çoxdur, haradan aldın" deyə, soruşmağa başladılar. Buna görə də "işə başlayım, məndə alınar" dedim və iş başına keçdim.

- Ən böyük dəstəkçiniz olan İbrahim Tatlısəs haqda nə deyə bilərsiniz?

- Onun haqqını heç vaxt ödəyə bilmərəm. Tatlısəs bir imperatordur, Türkiyənin gəlib-gedən tək səsidir. "İbrahım Tatlısəs bu insanın əlindən tutubsa, bizə qulaq asdırırsa, demək, bu qızda nəsə var" deyə, mənə yanaşdılar. Məni İbrahim Tatlısəsin insanların gözündəki sonsuz inamı və bacarığına görə tanıdılar. "Bu da orasını-burasını açdı" deyərək, məni dinləmədilər. İki il 20 ilimi qeyd edəcəm.

Bütün xəbərlər Facebook səhifəmizdə