Stilist Şəfəqin haqqında yayılan şayiələrə müğənni qardaşından CAVAB
Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzovanın ötən gün erməni ilə bağlı yayımlanan müsahibəsi böyük qalmaqala səbəb olub. SİA-nın məlumatına görə, stilistin qardaşı, aktyor və müğənni Cavidan Novruz məsələyə münasibət bildirib: "Yazını bu başlıqla yazıb, paylaşanı araşdırıram. Onu tapsam çox pis olacaq. Bunu etdirənlər - ermənilər boynunuzu yerə soxsun. Bir iş görə bilmirsiniz, başqalarını gözdən salmağa çalışırsınız. Kompüter arxasında oturub şərh yazanlar ancaq elə bunu bacarırsınız. Ona görə də tüpürüb buradan getmək istəyirəm. Müsahibəni axıra kimi oxuyanda bilinir ki, Şəfəq elə cümlə işlətməyib. Bu qadından nə istəyirsiz? Heç nə edə bilmirsiniz, belə şeylərlə diqqət çəkməyə çalışırsınız. Əsəbdən partlayıram, səni tapıb həyatda necə addım atmağı öyrədəcəm. Bu ailəni hamı sevir, çünki onun başçısı Qarabağ mövzusunda həssas və 2 şəhid vermiş adamdı. O kişinin qızı və oğlu belə səhvə yol verər?".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB