Nəsrin Cavadzadə hakerlərin hücumuna məruz qaldı FOTO

Nəsrin Cavadzadə hakerlərin hücumuna məruz qaldı FOTO

ABŞ-da tətildə olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto ətrafında qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, Türkiyədə film və seriallarda rol alan aktrisanın bu fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib.

Əsəbiləşən aktrisa "Dərin deyilsən. İntellektual deyilsən. Sənətçi deyilsən. Tənqidçi deyilsən. Şair deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarımın altında..." yazaraq onlara cavab vermişdi.

Bu gün isə 33 yaşlı Nəsrin Cavadzadənin etirazlara görə İnstaqram hesabını bağladığı deyilirdi. Amma o, bu məsələyə aydınlıq gətirib. Aktrisanın İnstaqram profilinin hakerlər tərəfindən oğurlandığı məlum olub. O, bu haqda Tvitter hesabında yazaraq açıqlama verib: " "İnstagram" hesabım hakerlər tərəfindən ələ keçirildi. Geri aldıqdan sonra görüşmək ümidilə...Hamınıza sevgilər".

Bütün xəbərlər Facebook səhifəmizdə