Aparıcı Acun İlıcalı bir müddətdir ayrı yaşadığı həyat yoldaşı Zeynep İlıcalıdan rəsmən boşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən ilin yanvarında məhkəməyə ərizə təqdim edən ikilinin boşanma prosesi 10 dəqiqə davam edib.

13 illik evlilik həyatında 2 uşaq sahibi olan cütlük qarşılıqlı razılıqla boşanıblar. Qərara görə uşaqların himayədarlığı analarına verilib. Acun uşaqlara aylıq 75 min lirə , boşandığı həyat yoldaşına da aylıq 75 min olmaqla 150 min lirə (təxminən 77 min manat) təzminat ödəyəcək. A.İlıcalı eyni zamanda Mayami, Bodrum, Beykoz və "Zorlu Center"dəki evlərini Zeynepə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB