Türkiyəli aktyor Mustafa Uğurlunun Cihangirdəki evində yanğın hadisəsi baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 5 mərtəbəli binada aparılan təmir işləri əsnasında əmələ gələn yanğının alovları qısa müddətdə böyüyüb. Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu gələrək yanğına müdaxilə edib. Binanın sakinləri təxliyə olunub. Təxminən 1 saatlıq müdaxilədən sonra yanğın söndürülüb. Ölən və yaralanan olmayıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB