Müğənni Murad Arif "Dondurma" mahnısına çəkdirdiyi klipini mətbuta təqdimat edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı mətbuat konfransında ekran işinin 40 günə hazır olduğunu bildirib: "Klipdə sujet xətti yoxdur. Ssenarili klip çəkmək istəmədim. Ekran işlərimdə süjet xətti olmur, sevmirəm".
Yeniliklərindən danışan M.Arif sentyabrda iki klip təqdim edəcəyini söyləyib:"Payızda iki mahnımı təqdim edəcəm. Sənət dostlarımla duet oxumaq istəyirəm, bir neçəsindən təklif də almışam. İlk addımı Flora Kərimova ilə atmaq istəyirdim, bir ildir müzakirə də gedir. Bunun üçün mahnı yazdım, Flora Kərimovaya təqdim etdim. Flora xanım mahnını bəyəndi, insanın duyğularını oyadacaq bir musiqi əsərinin olduğunu söylədi".
Bəstəkar bundan sonra heç bir kişi müğənniyə mahnı verməyəcəyini də söylədi: "Kişi müğənnilərinə mahnı verməyəcəyəm. Bu barədə qəti qərara gəlmişəm. O qədər də məhsuldar bəstəkar deyiləm, artıq özüm də mahnılar ifa etməyə başlamışam. İl ərzində 3 mahnı yazıram".
Qeyd edək ki, "Dondurma" mahnısının sözləri və musiqisi ifaçının özünə məxsusdur. Ekran işinin rejissorluğu Fərid Yusifoğluna həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB