Kürdəmir rayon Xaldan yolunda ağır avtomobil qəzası baş verib. Aparıcı Vüsalə Kərimovanın atası Nazim bəyin idarə etdiyi avtomobil qarşıdan gələn və idarəni itirən Mercedec markalı minik avtomobilindən qaça bilmədiyindən ağır yol qəzası baş verib.
Qəza nəticəsində aparıcının anası Güləndam xanım ağır yaralanıb, sağ ayağı bud sümüyündən qırılıb. Qarşı tərəfdən gələn avtomobilin 4 sərnişindən biri isə elə hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər və sürücü alkoqolun qurbanı olublar.
Məsələ ilə əlaqədar olaraq aparıcı SİA-ya məlumat verib: "Qəzada anam Güləndam xanımın ayağı sınıb. Hadisə olan an anamı Yevlax rayon xəstəxanasına aparılıb. İlk tibbi yardım göstərildikdən sonra Bakıya gətirilib. Hazırda isə Bakının özəl klinikalarının birində sınan sağ ayağına mil qoymaq məqsədi ilə əməliyyat olunacaq. Təcili anama 1+ qan lazımdır. Bəzi başqa problemlər də var. Allaha inanıram, hər şey yaxşı olacaq".
Allah şəfa versin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB