Tanınmış modelyer Gülnarə Xəlilova, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İBnin dəstəyi ilə Ramazan bayramında ciddi mənzil problemi ilə üzləşən bir ailə üçün xeyriyyə aksiyası keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Gülnarə Xəlilova deyib ki, Ramazan bayramı münasibəti ilə belə bir tədbirin keçirilməsi Ramazanın mahiyyətinə çox uyğundur və aksiyanın sonunda bir ailənin probleminin həllini tapması onlar üçün ən gözəl bayram hədiyyəsi olacaq. Tədbir zamanı müəllifi olduğu geyim və əsərlərin xeyriyyə aksiyasına çıxarılacağını deyən Gülnarə Xəlilova tədbir iştirakçılarını fəal olmağa çağırıb.
Tədbirin keçirilməsinə dəstək verən Avrasiya Beynəlxalq Araşdırmalar İnstututu İB-nin sədri, millət vəkili Q.Paşayeva yardımlaşma, paylaşma ayı olan Ramazan ayı və bayramının mahiyyətindən danışaraq bildirib ki, bu bayramda ehtiyacı olanları sevindirmək ən gözəl addımlardan biridir və bu aksiyada məhz buna xidmət edir. Tədbirə dəstək verməkdən böyük məmuniyyət duyuruq deyən millət vəkili insanları hər gün Ramazan ayı mahiyyətini dərk edərək yaşamağa,dəstəyə ehtiyacı olanlara kömək etməyə çağırıb.
Tədbirdə çıxış edən əməkdar artist Tünzalə Ağayeva da aksiyaya dəstək olmaqdan məmnunluq hissi duyduğunu deyib və belə aksiyaların önəmindən danışıb.
Aparıcı Nüranə Axundovanın aparıcılıq etdiyi məclisdə bir sıra tanınmış ictimai xadimlər, QHT və KİV rəhbərləri, tanınmış sənət adamları iştirak ediblər. Tədbirin sonunda xeyriyyə aksiyasından əldə olunan gəlir mənzil problemi ilə üzləşən ailəyə təqdim olunub. Tədbirin təşkilatçıları aksiyada aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirib.
.jpg)









.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB