Ebru Türkiyəni tərk edir FOTOLAR

Müğənni Sinan Akçıl 3 ildir sevgili olduğu, ay yarım əvvəl ayrıldığı Ebru Şallı ilə barışmaq istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Şallı onu narahat edən Sinanın uşaqları ilə yaşadığı binaya buraxılmamasını tapşırıb. Onun hətta keçmiş sevgilisi ilə qarşılaşmaması üçün bəzən evinə getmədiyi də deyilir.

Ebru yaxınlarına "Məni bezdirir. Evə gedə bilmirəm, orada-burada qalıram" deyib. Modelə ən böyük dəstək isə keçmiş həyat yoldaşı Harun Tandan gəlib. O, Şallıya uşaqları da götürərək xaricə getməsini məsləhət görüb. H.Tan uşaqlarının xaricdə təhsil almasını istədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə